Qastroenteroloq-hepatoloq · Bakı

Dr. Şahnaz Atayeva

Qida borusu, mədə, bağırsaq, qaraciyər, öd yolları və mədəaltı vəzi xəstəliklərinin müayinəsi və müalicəsi. HB Güvən Klinikası, Bakı.

  • TəhsilAzərbaycan Tibb Universiteti, 2005–2011
  • RezidenturaKliniki Tibbi Mərkəz, 2012–2017
Dr. Şahnaz Atayeva, qastroenteroloq-hepatoloq
  • Xaricdə təcrübəGreiz (Almaniya) · Qaziantep, Kocaeli (Türkiyə)
  • İş yeriHB Güvən Klinikası, Bakı

Arxa fonda sxem: udqunma zamanı qida borusunun təzyiq xəritəsi (yüksək həlledicilikli manometriya).

Qısa təqdimat

Həzm sistemi və qaraciyər xəstəlikləri üzrə həkim

Dr. Şahnaz Atayeva Bakıda, HB Güvən Klinikasında çalışan qastroenteroloq-hepatoloqdur. O, mədə-bağırsaq traktının və qaraciyərin xəstəlikləri ilə məşğul olur. Endoskopik müayinələri, yəni qastroskopiya və kolonoskopiyanı özü aparır. Ayrıca qida borusunun və anorektal nahiyənin funksiyasını ölçən müayinələri də icra edir: manometriya və impedans-pH-metriya.

Azərbaycan Tibb Universitetini bitirib, Kliniki Tibbi Mərkəzdə rezidentura keçib. Sonra Almaniyada Greiz, Türkiyədə isə Qaziantep və Kocaeli universitet xəstəxanalarının qastroenterologiya bölmələrində təcrübə toplayıb. Kocaeli Universitetində motilite, yəni qida borusu və bağırsağın hərəkət funksiyası üzrə müayinələri öyrənib.

Ətraflı: həkim haqqında

Müayinələr

Əsas müayinələr

Hər müayinənin kimə lazım olduğuna həkim şikayətlərə və müayinənin nəticələrinə görə qərar verir.

Arıqlama

Piylənmənin pəhriz və fiziki aktivlik proqramı ilə birlikdə endoskopik müalicəsi.

Diaqnostik yanaşma

Endoskopiya selikli qişanı, manometriya isə funksiyanı göstərir

Reflüks, udqunma çətinliyi, xroniki qəbizlik və nəcis saxlaya bilməmə kimi şikayətlər çox vaxt illərlə «dərmanla idarə olunur». Halbuki onların səbəbi həmişə eyni deyil. Endoskopiya qida borusunun, mədənin və bağırsağın selikli qişasını göstərir. Lakin bu orqanların necə işlədiyini, yəni əzələlərin yığılmasını, büzücülərin açılıb-bağlanmasını və turşunun geri axmasını göstərmir. Bunları ezofaqus manometriyası, impedans-pH-metriya və anorektal manometriya ölçür.

EndoskopiyaQida borusunun, mədənin və bağırsağın selikli qişası
ManometriyaƏzələlərin yığılması, büzücülərin açılıb-bağlanması
İmpedans-pH-metriyaTurşunun və möhtəviyyatın geri axması

Dr. Atayeva bu müayinələrin nəticəsinə əsasən müalicəni fərdi seçir:

  • Həyat tərzi dəyişikliyi
  • Dərman müalicəsi
  • Biofeedback terapiyası
  • Endoskopik və ya cərrahi müalicəyə yönləndirmə

Təhsil xətti

Bakıdan Greiz, Qaziantep və Kocaeliyə

Ətraflı: təhsil və təcrübə
  1. 2005–2011 Azərbaycan Tibb Universiteti I Müalicə-profilaktika fakültəsi
  2. 2012–2017 Kliniki Tibbi Mərkəz Rezidentura
  3. 2015 Greiz Krankenhaus Almaniya · qastroenterologiya
  4. 2016–2017 Gaziantep Üniversitesi Türkiyə · qastroenterologiya-hepatologiya
  5. 2021 Kocaeli Üniversitesi Türkiyə · endoskopiya və motilite
  6. Hazırda HB Güvən Klinikası Bakı · qastroenteroloq-hepatoloq

Mediada

Televiziya və video çıxışlar

Dr. Atayeva ARB, İTV, ATV və Kanal S kanallarının səhiyyə verilişlərində reflüks, axalaziya, qəbizlik, Kron xəstəliyi, çölyak xəstəliyi, qaraciyər yağlanması və mədə balonu mövzularında çıxış edib.

Bütün videolar
Videonun örtük şəkli: Qastroezofageal reflüks xəstəliyi

Səhhətimiz03.04.202519 dəq

Qastroezofageal reflüks xəstəliyi

Videonu izləyin
Videonun örtük şəkli: Çölyak xəstəliyi nədir və əlamətləri nələrdir?

Səhhətimiz01.10.202417 dəq

Çölyak xəstəliyi nədir və əlamətləri nələrdir?

Videonu izləyin

Suallar

Qısa suallar

Bütün suallar

Qastroenteroloqla hepatoloqun fərqi nədir?

Qastroenteroloq bütün həzm sistemi ilə məşğul olur: qida borusu, mədə, bağırsaqlar, qaraciyər, öd yolları və mədəaltı vəzi. Hepatoloq qastroenterologiyanın qaraciyər xəstəliklərinə yönəlmiş sahəsidir. Dr. Atayeva hər iki sahədə işləyir.

Reflüks şikayəti olan hər kəsə pH-metriya lazımdırmı?

Xeyr. pH-metriya əsasən diaqnoz şübhəli olduqda, dərman kömək etmədikdə və antireflüks əməliyyatı və ya endoskopik müalicə planlaşdırıldıqda lazımdır.

Qəbizlik niyə dərmanlara cavab vermir?

Bəzi xəstələrdə problem nəcisin bərkliyində deyil, boşalma zamanı anal kanal ətrafındakı əzələlərin düzgün boşalmamasındadır. Buna dissinergik defekasiya deyilir. Bu, anorektal manometriya ilə müəyyən edilir və biofeedback terapiyası ilə müalicə olunur.

Əlaqə

HB Güvən Klinikası

Atatürk prospekti 3078, Bakı AZ1108

İş saatları

Poliklinika
Bazar ertəsi – şənbə09:00–18:00
Laboratoriya
Hər gün24/7
Təcili tibbi yardım
Hər gün24/7

Ünvan və qəbula hazırlıq

Saytdakı məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Dr. Şahnaz AtayevaQastroenteroloq-hepatoloq

Xəstəlik, şikayət, müayinə və ya mövzu adını yazın.

Dr. Şahnaz Atayeva

Dr. Şahnaz Atayeva

Qastroenteroloq-hepatoloq

HB Güvən Klinikası
Atatürk prospekti 3078, Bakı AZ1108

Kontaktı telefona yazın