Ümumi tibbi məlumat
Amerika Qastroenterologiya Kolleci (ACG) 2021-ci il təlimatında dissinergik defekasiyada cihazlı anorektal biofeedback terapiyasını güclü tövsiyə kimi göstərir. Müalicənin uğuru seansların düzgün aparılmasından və evdə məşqlərin davam etdirilməsindən asılıdır. Biofeedback adətən qidalanmanın düzəldilməsi, kifayət qədər maye və lif qəbulu, düzgün tualet vərdişləri və lazım olduqda dərman müalicəsi ilə birlikdə tətbiq olunur.
Kimlərə tətbiq olunur
- Anorektal manometriya ilə təsdiqlənmiş dissinergik defekasiya
- Nəcis və qaz saxlaya bilməmə (seçilmiş xəstələrdə)
- Çanaq dibi disfunksiyası ilə bağlı anal çat və hemorroid şikayətləri. Həkimin fikrincə, bu hallarda əzələlərin işi düzəldilməsə şikayətlər təkrarlana bilər.
Seanslar necə keçir
Düz bağırsağa nazik sensor salınır və ya dəriyə elektrod yapışdırılır. Xəstə ekranda öz əzələlərinin fəaliyyətini görür və həkimin göstərişi ilə tapşırıqları yerinə yetirir. Seansların sayı və tezliyi fərdi təyin edilir. Evdə nəfəs və əzələ məşqləri verilir.
Dr. Atayevanın təcrübəsi
- Biofeedback terapiyasını anorektal manometriya ilə təsdiqlənmiş çıxış problemi olan xəstələrə tətbiq edir.
- Qəbizlik, nəcis və qaz saxlaya bilməmə zamanı neyrostimulyasiya və biofeedback ilə əzələlərin itirdiyi funksiyanın yenidən öyrədilməsindən danışıb.
- Həkimin əsas mesajı: belə şikayətləri olan xəstələr utanmamalı və ümidsizliyə qapılmamalıdır.
Həkimin bu mövzuda videosu
Qəbizlik və nəcis qaçırmanın dərmansız müalicəsi
Videonu izləyinSuallar
Biofeedback ağrılıdır?
Xeyr. Seanslar məşq xarakterlidir.
Laksativlər niyə kömək etmir?
Problem nəcisin bərkliyində deyil, əzələlərin düzgün boşalmamasındadırsa, laksativlərin təsiri məhdud olur.